Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Füzuli şəhərinin erməni işğalından azad olunması xəbərinə münasibət bildirib.
Sportnet.az məlumatına görə, 35 yaşlı qrossmeyster şəxsi "Facebook" səhifəsində bununla bağlı paylaşım edib.
"Füzuli!! İrəli, Azərbaycan!!", - Məmmədyarov yazıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev az öncə xalqa müraciəti zamanı Füzuli şəhəri və rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərinin azad olunduğunu elan edib.