Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.
Sportnet.az-ın məlumatına görə, 35 yaşlı qrossmeyster XII turda qara fiqurlarla çinli Dinq Lirenlə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
11 turdan sonra 5 xala malik Rəcəbov 5-ci yerdə gedir və turnirin qalibi olma şanslarını itirib. O, hərəyə 4,5 xal toplamış polşalı Kşiştof Duda və macarıstanlı Rixard Rapportu, eləcə də 4 xalı olan fransalı Alireza Firuzcanı üstələyir.
Turnir cədvəlinə 8 xalla rusiyalı Yan Nepomnyaşi başçılıq edir. Liren 6,5 xalla 2-ci, ABŞ-ı təmsil edən şahmatçılardan Hikaru Nakamura 6 xalla 3-cü, Fabiano Karuana 5,5 xalla 4-cü yerdə qərarlaşıb.