Şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi ilə şahmat tacı uğrunda qarşılaşmadan imtina edib.
Sportnet.az-ın məlumatına görə, 32 yaşlı qrossmeyster bu barədə yerli mətbuata müsahibəsində açıqlama verib.
O bildirib ki, məsələ ilə bağlı öz komandasını, Beynəlxalq Şahmat Federasiyasını (FIDE) və Nepomnyaşini məlumatlandırıb: "Onlara dedim ki, şahmat tacı uğrunda görüşdə iştirak etməyəcəyəm".
Qeyd edək ki, Karlsen qərarını dəyişməsə, Nepomnyaşi şahmat tacı uğrunda İddiaçılar Turnirini 2-ci pillədə başa vuran çinli Dinq Lirenlə görüşəcək.