Füzulinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirində iştirak edən komandaların rəsmi paradı olub.
Sportnet.az xəbər verir ki, parada Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək idmançı qatılıb. Yarış iştirakçıları Füzulidə turnirin keçiriləcəyi əraziyə qədər yürüş ediblər.
Ötən gün Mingəçevirdə start götürən reqata bu gün Aşağı Köndələnçay su anbarında davam edəcək.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə təşkil edilən turnirə oktyabrın 18-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində yekun vurulacaq.