16-18 aprel tarixlərində kayak və kanoe üzrə gənclərdən ibarət yığma komanda Türkiyənin Muğla şəhərində keçiriləcək “Bahar Kuboku” beynəlxalq reqatasında iştirak edəcəklər.
Sportnet.az-ın xəbərinə görə, yarışlarda Azərbaycan Su İdman Növləri Federasiyası Qurban Sadıqlının məşqçiliyi ilə 7 nəfərlik heyətlə mübarizə aparacaq.
Elmir Tarverdiyev, Mustafa Vəlizadə, Qiyas Əhmədov, Tengiz Qaqnidze kayak qayığında, Hüseyn Səmədli, Vaqif Mustafazadə, Fəxri Sadıqlı isə kanoe növü üzrə mükafatçılar sırasına düşməyə çalışacaq.















































































