Rusiyanın paytaxtı Moskvada keçirilən kayak və kanoe üzrə keçirilən dünya çempionatında bu gün Azərbaycan təmsilçiləri növbəti yürüşlərə qatılıblar. Sportnet.az-ın məlumatına görə, günə kanoeçimiz Nikolay Matviyçukun 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə 10 - 18-ci yerlər uğrunda mübarizəsi (B finalı) ilə start verilib. Matviyçuk finişə 3 dəqiqə 59,425 saniyəyə çataraq, yürüş iştirakçıları arasında 6-cı, ümumi sıralamada isə 15-ci olub. O, italiyalı Serjiu Kratsyun (03:52.244), rusiyalı İlya Ştokalov (03:54.493), fransalı Matyö Qubel (03:55.578), latviyalı Daqnis İlyin (03:56.316) və slovakiyalı Matej Rusnyakdan (03:56.432) geri qaldığı halda, serbiyalı Straxinya Mladejiç (04:12.568) və argentinalı Fakundo Pagiolanı (04:12.623) qabaqlayıb, moldovalı Pavel Rusu isə elə yürüşü sona çatdıra bilməyib. Bu məsafəyə yürüşdə qalib adını finişə 3 dəqiqə 44,578 saniyəyə çatan almaniyalı Sebastyan Brendel əldə edib. Olimpiya və 4 qat Avropa çempionu karyerasında ikinci dəfə dünya çempionluğuna nail olub. Çexiyalı Martin Fuksa 3 dəqiqə 48,180 saniyə nəticə ilə gümüş, macarıstanlı Attila Vayda isə 3 dəqiqə 49,296 saniyə göstərici ilə bürünc medal qazanıb.
Ardından 2 nəfərlik kanoe qayığı (C-2) ilə 500 metr məsafəyə final yürüşü başlayıb. Bu məsafədə ölkəmizi Sergey Bezuqlıy - Aleksey Kupin dueti təmsil edib. Təmsilçilərimiz sonadək əzmlə mübarizə aparsalar da, finişə 1 dəqiqə 39,765 saniyəyə çataraq, 4-cü yeri tutublar. Onlar bürünc mükafata sahib olan kubalı Serquey Torres Madriqal və Roleksis Baes Aviladan cəmi 0,380 saniyə geri qalıblar. Dünya çempionu adını 1 dəqiqə 35,829 saniyə nəticə ilə rusiyalı Aleksey Korovaşkov - İvan Ştıl dueti əldə edib. Rumıniyalı Liviu Aleksandru Lazar Dumitresku - Viktor Mixalaki dueti (01:38.381) gümüş medala sahib olub.
Azərbaycanlı duetin geridə qoyduğu rəqiblər isə macarıstanlı Henrik Vasbanyay - Robert Mike (01:40.180), belaruslu Andrey Baqdanoviç - Aleksandr Baqdanoviç (01:40.955), ukraynalı Dmitri Yançuk - Taras Mişçuk (01:41.319), italiyalı Nikolae Kratsyun - Daniele Santini (01:42.271) və almaniyalı Robert Nuk - Ştefan Holts (01:51.304) cütlükləri olub.
Daha sonra 200 metr məsafəyə yarımfinal yürüşləri başlayıb. 1 nəfərlik kayak qayığı (K-1) ilə çıxış edən Mirnazim Cavadov təcrübəli rəqibləri ilə mübarizədə finişə 35,397 saniyəyə çataraq, 7-ci olub. O, isveçli Petter Menninq (34,171), litvalı İqnas Navakauskas (34,232), macarıstanlı Mikloş Dudaş (34,491), ABŞ təmsilçisi Timoti Hornsbi (34,648), belaruslu Taras Valko (35,290) və CAR-dan olan Kristyan Koetsidən (35,332) geri qaldığı halda, yeni zelandiyalı Skotti Biknelli (35,853) və indoneziyalı Mayzir Riyondranı (38,052) üstələyə bilib. Bununla da Cavadov ümumi sıralamada ilk "18-lik"dən kənarda qalıb. Kayakçımız avqustun 10-da 19-cu yer uğrunda mübarizəni nəzərdə tutan C finalında mübarizə aparacaq.
Kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenkonun da çıxışı uğurlu alınmayıb. Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafətə yarımfinal yürüşündə finişə 38,987 saniyəyə çataraq, 4-cü olub. Əsas finala ilk 3 yeri tutan litvalı Yevgeni Şuklin (38,320), rusiyalı Aleksey Korovaşkov (38,585) və kanadalı Benjamin Biacio Tardioli (38,813) yüksəlib. Demyanenko geridə qoyduğu yaponiyalı Naoya Sakamoto (38,050) və irlandiyalı Andrjey Jezierski (39,638) ilə birgə B finalında (10 - 18-ci yerlər) mübarizə aparacaq. Bu yürüş avqustun 10-da olacaq. Qazaxıstanlı Sergey Yemelyanov (40,684), latviyalı Mikelis Ezmalis (40,721) və tunisli Xaled Huseyn (42,681) isə mübarizəni dayandırıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |