Qısa məsafəyə üzgüçülük üzrə 2010-cu ilin dünya çempionu Naoya Tomita Asiya Oyunlarında çıxış edən Yaponiya milli komandasından xaric edilib. Sportnet.az-ın məlumatına görə, buna 25 yaşlı idmançının videokamera oğurlaması səbəb olub.
Onun cənubi koreyalı jurnalistin aparatını necə ələ keçirməsi videomüşahidə kameraları tərəfindən qeydə alınıb. İdmançıya yaxın vaxtlarda ittiham irəli sürüləcək.
Yaponiya nümayəndə heyətinin rəhbəri Tsuyoşi Aoki deyib: "Mən buna bənzər olayı xatırlaya bilmirəm. Bu, elementar davranış normalarının pozulmasıdır. Bütün nümayəndə heyəti adından üzr istəyirik”.
Qeyd edək ki, Naoya Tomita Asiya Oyunlarında 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışında medalsız qalıb.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |