
Braziliyalı üzgüçü Yan Matos 33 yaşında dünyasını dəyişib.
Sportnet.az Braziliya Olimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, idmançının ölümünə ağciyər infeksiyası səbəb olub.
O, oktyabrın 30-dan Rio-de-Janeyrodakı xəstəxanaların birində müalicə olunurdu.
Qeyd edək ki, Yan Matos Rio-2016 Yay Olimpiya Oyunlarında suya tullanma növündə çıxış edib.