"Bakı sakinlərindən, gənclərdən çox sayda müraciətlər olur. Bunları nəzərə alaraq, bu layihəni həyata keçirməyə qərar verdik. Artıq suya girmək vaxtıdır".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov avarçəkmənin yenidən Bakıya - Xəzər dənizinə qayıtması münasibətilə keçirilən tədbirdə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 1970-ci illərin əvvəlində və ulu öndər Heydər Əliyevin dövründə ölkədə 11 peşəkar avarçəkmə klubu fəaliyyət göstərib: "Bu gün ilk dəfə olaraq, avarçəkmə ilə bağlı suya daxil oluruq. Bu münasibətlə hamını təbrik edirəm".
V.Əhmədovun sözlərinə görə, Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın qayğı və diqqətinin nəticəsidir ki, bu idman növü bu gün bütün ölkədə yeni inkişaf dövrünü yaşayır".