
Kanada koronavirus pandemiyası səbəbindən Tokio-2020 Yay Olimpiya və Paralimpiya oyunlarında iştirakdan imtina edib.
Sportnet.az yerli Olimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, bu qərar çətinliklə qəbul olunub.
“Kanadanın Olimpiya və Paralimpiya komitələri Beynəlxalq Olimpiya Komitəsini (BOK), Beynəlxalq Paralimpiya Komitəsini və Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) təcili olaraq oyunları bir il təxirə salmağa çağırır və bununla bağlı ortaya çıxan bütün çətinliklərlə bağlı tam dəstək təklif edir” deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməlidir.