
Tokio Yay Olimpiya Oyunlarında son sutkada ən azı 24 nəfərdə koronavirus aşkarlanıb.
Sportnet.az-ın Oyunların Təşkilat Komitəsinin rəsmi saytına istinadən məlumatına görə, yoluxanlardan 3-ü Olimpiya Kəndi ərazisində yaşayan idmançıdır.
Beləliklə, olimpiada iştirakçılarından testi müsbət çıxanların ümumi sayı 198-ə çatıb.