
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, həlledici görüşdə NTD və Gəncə komandaları üz-üzə gəlib.
Bakı İdman Sarayında baş tutan matçda NTD 81:72 hesablı qələbə qazanaraq ölkə kubokuna yiyələnib. Klub həm də 25 000 manat pul mükafatına sahib çıxıb.
Qaliblərə mükafatları Azərbaycan Basketbol Federasiyasının vitse-prezidenti Fərrux Mahmudov təqdim edib.
Qeyd edək ki, ötən mövsüm Azərbaycan Kubokunu “Neftçi” komandası qazanmışdı.