
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında çempion bəlli olub.
Sportnet.az xəbər verir ki, həlledici matçda “Murov Az Terminal” və “Azərreyl” komandaları üz-üzə gəlib.
Milli Gimnastika Arenasında keçirilən görüşdə ilk iki setdə “Azərreyl” 25:20, 25:22 hesablı qələbə qazanıb. Üçüncü set “Murov Az Terminal”ın 25:17 hesablı üstünlüyü ilə yekunlaşıb. Dördüncü setdə isə yenə "Azərreyl" 25:17 hesablı üstünlüklə ikinci qarşılaşmanı da qalib tamamlayıb - 3:1.
Komandalar arasında ilk final matçında "Azərreyl" rəqibinə heç-bir şans verməmişdi - 3:0.
Qeyd edək ki, “Azərreyl”in qadınlardan ibarət komandası da bu mövsüm Azərbaycan çempionu olub.