
Türkiyənin kişilərdən ibarət “Fənərbağça” basketbol klubu Avroliqanın qalibi olub.
Sportnet.az xəbər verir ki, Əbu-Dabidə (BƏƏ) “Dördlər finalı”nın həlledici oyununda Türkiyə təmsilçisi “Monako”nu 81:70 (18:20, 17:13, 19:18, 27:19) hesabı ilə məğlub edib.
“Fənər”in heyətində ən məhsuldar oyunçu amerikalı hücumçu Naycel Heys olub (23 xal).