
Qadın voleybolçulardan ibarət "Gəncə" komandası yeni baş məşqçisini açıqlayıb.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, braziliyalı mütəxəssis Rafael Petri ilə 1 mövsümlük müqavilə imzalayıb.
44 yaşlı mütəxəssis 2023/2024 mövsümündə Peru təmsilçisi “Alianza Lima” klubunu ölkə çempionu edib. Bu, klubun 31 ildən sonra qazandığı ilk çempionluq olub. Petri karyerası ərzində Braziliya, Portuqaliya, İspaniya, Kolumbiya və Çexiyada müxtəlif klublara başçılıq edib.
O, Kolumbiyanın U-17, U-18 və U-20 milli komandalarına da rəhbərlik edib. 2020–2022-ci illərdə isə Meksika yığmasının baş məşqçisi vəzifəsində çalışıb.