
"Çikaqo Uayt Soks" beysbol komandasının azarkeşləri olan Mark və Kristina İqyarto oyun zamanı evləniblər.
Sportnet.az-ın məlumatına görə, nikah mərasimi Klivlend Qardians"a qarşı oyunun hissələrarası fasiləsində baş verib.
Onlar bunu çox tez - üçüncü və dördüncü raundlar arasındakı bölümdə cəmi 60 saniyə ərzində həyata keçiriblər.
Nikah şahidi isə klubun keçmiş oyunçusu Ron Kitl olub. Kitl bu klubda çıxış etdiyi vaxt - 1983-cü ildə Milli Beysbol Liqasında çıxış etdiyi vaxt ilin tapıntısı sayılıb.
Mərasim Bill Vik "Çikaqo Uayt Soks"da gecəsi çərçivəsində keçirilib və "Bir dəqiqəyə evlənək" kimi reklam olunub. 1986-cı ildə dünyasını dəyişmiş Vik klubun keçmiş sahibi olub və sonradan besbol şərəf zalına seçilib.
Beləliklə, Kitl rekord vaxt ərzində nikah mərasimi keçirə bilib.