
III MDB Oyunlarında 15 yaşadək voleybolçu qızlar arasında final mərhələsinin iştirakçıları bəlli olub.
Sportnet.az xəbər verir ki bu gün Gəncə İdman Sarayında keçirilən yarımfinal qarşılaşmalarında ilk olaraq Azərbaycan və Belarus yığmaları üz-üzə gəlib. Gərgin keçən oyunda Belarus millisi 3:1 (25:19, 22:25, 18:25, 17:25) hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
Digər yarımfinalda isə Rusiya və Özbəkistan komandaları qarşılaşıb. Rusiya yığması bu görüşdə rəqibini 3:0 (25:6, 25:17, 25:7) hesabı ilə məğlub edərək final mərhələsinə yüksəlib.
Beləliklə, oktyabrın 6-da keçiriləcək finalda Belarus və Rusiya qızıl medal uğrunda mübarizə aparacaq. Bürünc medal qarşılaşmasında isə Azərbaycan və Özbəkistan milliləri üz-üzə gələcəklər.
III MDB Oyunları
Yarımfinal (5 oktyabr)
Azərbaycan – Belarus 1:3 (25:19, 22:25, 18:25, 17:25)
Rusiya – Özbəkistan 3:0 (25:6, 25:17, 25:7)
6 oktyabr
???? Bürünc medal oyunu: Azərbaycan – Özbəkistan
???? Final: Belarus – Rusiya