Qadın həndbolçulardan ibarət Norveç milli komandası Almaniya və Niderlandın birlikdə ev sahibliyi etdiyi dünya çempionatının qalibi olub.
Sportnet.az xəbər verir ki, DÇ-2025-in finalında Norveç yığması Almaniya seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma skandinaviyalıların 23:20 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə Norveç tarixində 5-ci dəfə qadınlar arasında dünya çempionu adını qazanıb.
Bürünc medal uğrunda oyunda isə Fransa Niderlandı əlavə vaxtda 33:31 hesabı ilə məğlub edib.
Qeyd edək ki, növbəti dünya çempionatı 2027-ci ildə Macarıstanda keçiriləcək.







































































