
Bu gün qadın həndbolçular arasında "Çelenc Cup” turnirinin III təsnifat mərhələsinin ikinci matçı keçirilib. Sportnet.az-ın məlumatına görə, yarışda Azərbaycanı təmsil edən ABU bu dəfə də meydanı qalib tərk edib.
Rəfiqə Şabanovanın yetirmələri Bakıda "ABU Arena"da Belçika çempionatının gümüş medalçısı "Femina Vize”ni ikinci qarşılaşmada 25:20 hesabı ilə məğlub edib. ABU həmin məkanda birinci görüşdə 10 top fərqi ilə üstün olmuşdu - 26:16.
Bununla da paytaxt təmsilçisi iki oyunda əldə etdiyi qələbə ilə 1/8 finala vəsiqə qazanıb.