2019-cu ildə keçiriləcək kişilər arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
Sportnet.az xəbər verir ki, Lüksemburqda baş tutan mərasimdə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib. G qrupunda yer alacaq Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv Yunanıstan, İsveç və Lüksemburq milliləri ilə qarşılaşacaq.
Azərbaycan yığması qrup qalibi olarsa, tarixində ilk dəfə Avropa çempionatında iştirak etməq hüququna yiyələcənəcək. Həmçinin 2-ci yeri tutmaqla da qitə birinciliyinə vəsiqə qazanmaq mümkündür. Bunun üçün 7 qrup üzrə ikinci yerlər arasında ən çox xal toplayan 5 komanda arasında yer almaq lazımdır. Növbəti Avropa çempionatında rekord sayda - 24 yığma iştirak edəcək.
A qrupu: Finlandiya, Danimarka, Rumıniya
B qrupu: Estoniya, Latviya, İsrail
C qrupu: Slovakiya, Monteneqro, Moldova, İslandiya
D qrupu: Portuqaliya, Xorvatiya, Avstriya, Albaniya
E qrupu: İspaniya, Belarus, Norveç, Gürcüstan
F qrupu: Ukrayna, Makedoniya, Macarıstan, İsveçrə
G qrupu: Yunanıstan, İsveç, Azərbaycan, Lüksemburq
Qeyd edək ki, Avropa Voleybol Konfederasiyasının sentyabrda açıqladığı reytinq siyahısında Yunanıstan və İsveç 19-cu, Azərbaycan 33, Lüksemburq isə 34-cü yerdədir. 2018-ci il avqustun 15-də start götürəcək seçmə mərhələyə 2019-cu ilin yanvarında yekun vurulacaq. Avropa çempionatının final mərhələsi 4 ölkədə - Hollandiya, Belçika, Fransa və Sloveniyada təşkil olunacaq.