1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Səfərdə də gözəl oynayacağıq"
"Bütün komanda yoldaşlarımı təbrik edirəm. Hər birimiz qələbə üçün əlimizdən gələni etdik. Çox şadıq, amma bizi daha bir oyun gözləyir".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycanın kişilərdən ibarət millisinin voleybolçusu Rəsul İbrahimov Bakıda Lüksemburqa 3:1 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə mərhələsinin V tur matçından sonra deyib. İbrahimov komandasını G qrupunun son turunda səfərdə İsveçə qarşı çətin oyunun gözlədiyini bildirib: "İnanıram ki, biz səfərdə də gözəl oyun göstərəcəyik. Rəqibimiz bizə tanışdır: artıq onlarla 3 oyun keçirmişik. 2 dəfə İsveç, 1 dəfə biz qalib gəlmişik. Bir daha deyirəm: qələbə üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, İsveçlə qarşılaşma yanvarın 9-da keçiriləcək.