
Türkiyənin qadınlardan ibarət milli komandasının sabiq voleybolçusu Neslihan Demir Güler yeni vəzifəyə təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, məşhur idmançı Türkiyə Voleybol Federasiyasında müşavir vəzifəsinə gətirilib. Federasiya prezidenti Mehmet Akif Üstündağ uzun illər voleybol oynaraq, ölkəni Avropa və dünyada uğurla təmsil edənləri yenidən cameəyə qazandırmaq istədiklərini bildirib: "Neslihan Türkiyə voleybolunun rəmzlərindəndir, karyerası uğurlarla doludur. Onun müşavirlik vəzifəsini də ən yaxşı şəkildə yerinə yetirəcəyinə əminik".
Qeyd edək ki, Neslihan Demir Güler voleybolçu kimi Türkiyə millisinin heyətində gümüş, "Eczaçıbaşı" klubunda isə Çempionlar Liqasını qazanıb.