"Bizim üçün gözəl gün oldu".
Sportnet.az-ın məlumatına görə, bunu voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Covanni Kaprara Braziliyada 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının Təsnifat Turnirində Kamerun üzərində 3:0 hesablı qələbəni şərh edərkən deyib.
İtaliyalı mütəxəssis komandasının çıxışından məmnunluğunu bildirib: "Oyunumuzda yaxşı nə isə tapa bildim. Xüsusən top qəbulunu qeyd edərdim. Mən bundan razıyam".
Bununla yanaşı, Kaprara 23 avqust - 8 sentyabrda keçiriləcək Avropa çempionatını səbirsizliklə gözlədiklərini vurğulayıb. Bu yarışda Azərbaycan millisi C qrupunda Macarıstan, Xorvatiya, Estoniya, Rumıniya və Hollandiya ilə mübarizə aparacaq. Görüşlər Macarıstandakı Papp Laslo İdman Arenasında keçiriləcək.