Voleybol üzrə kişi və qadınlar arasında Avropa Olimpiya Təsnifat turnirlərinin ev sahibləri və yarışların keçirilmə vaxtları dəqiqləşib.
Sportnet.az-ın məlumatına görə, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin də çıxış edəcəyi şəhər və qrup müəyyənləşib.
Hollandiyanın Apeldorn şəhərində baş tutacaq turnir 7 - 12 yanvar 2020-ci ilə təsadüf edəcək. 8 ölkənin mübarizə aparacağı yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına Avropadan son iştirakçının adını müəyyənləşdirəcək. Bu “səkkizlik” isə axırıncı qitə çempionatının nəticələrinə əsasən bəlli olub.
Azərbaycan millisi A qrupunda Hollandiya, Bolqarıstan və Polşaya qarşı oynayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Xorvatiya və Belçika yer alacaq. Turnirin qalibi olimpiadaya vəsiqə qazanacaq.
Kişilərin mübarizəsi isə 5 - 10 yanvarda Almaniyanın paytaxtı Berlində baş tutacaq. Burada ev sahibləri ilə yanaşı, Belçika, Bolqarıstan, Çexiya, Fransa, Hollandiya, Serbiya və Slovakiya gücünü sınayacaq.
Azərbaycan millisinin oyunlarının təqvimi.
07.01.2020 | 19:00. | Polşa – Bolqarıstan |
22:30. | Azərbaycan – Hollandiya | |
08.01.2020 | 22:30. | Bolqarıstan – Hollandiya |
09.01.2020 | 19:00. | Bolqarıstan – Azərbaycan |
22:30. | Hollandiya – Polşa | |
10.01.2020 | 23:00. | Polşa – Azərbaycan |
07.01.2020 | 16:00. | Almaniya – Türkiyə |
08.01.2020 | 16:00. | Xorvatiya – Türkiyə |
19:00. | Belçika - Almaniya | |
09.01.2020 | 16:00. | Belçika - Xorvatiya |
10.01.2020 | 16:30. | Almaniya - Xorvatiya |
19:30 | Türkiyə - Belçika |
11.01.2020 | 20:15 | A1 - B2 |
23:45. | B1 - A2 | |
12.01.2020 | 20:30. | Final |