"Azərreyl" komandası qadın voleybolçusu Pismaht Dorislə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, səbəb kimi koronavirus epidemiyası göstərilib. Xorvatiyalı oyunçuya gələcək karyerasında uğurlar arzulanıb.
"Bu komandada peşəkar məşqçi və oyunçu heyəti ilə çalışmaq mənim üçün böyük uğur idi. Yenidən Azərbaycanda görüşmək ümidilə...” deyə Doris bildirib.