
Kişi və qadınlardan ibarət komandalar arasında badminton üzrə dünya çempionatı təxirə salınıb.
Sportnet.az Beynəlxalq Badminton Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna koronavirus pandemiyasının yayılması səbəb olub. 16 - 24 maya planlaşdırılan yarış 13 - 23 avqustda olacaq.
Qeyd edək ki, dünya çempionatı Danimarkanın Orhus şəhərində keçirilməlidir.