Tennis üzrə Avstraliya Açıq çempionatında (US Open) finalçılardan birinin adına aydınlıq gəlib.
Sportnet.az-ın məlumatına görə, dünyanın bir nömrəli raketka ustası Novak Cokoviç həlledici görüşə vəsiqə qazanıb.
Serbiyalı idmançı yarımfinalda rusiyalı Aslan Karatsevə 3:0 (6:3, 6:4, 6:2) hesabı ilə qalib gəlib.
Cokoviç finalda Daniil Medvedev (Rusiya) - Stefanos Tsitsipas (Yunanıstan) cütünün güclüsü ilə qarşılaşacaq. İkinci yarımfinal görüşü fevralın 19-da, final isə fevralın 21-də olacaq.