Voleybol üzrə qadınlardan ibarət Türkiyə millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, "ay-ulduzlular" Rusiya yığması ilə üz-üzə gəlib.
İlk setdə Rusiya 25:21 hesabı ilə qalib gəlib. Növbəti iki setdə Türkiyə eyni hesabla üstün olub - 25:23. Dördüncü setdə isə Rusiya rəqibinə şans verməyib - 25:15. Beşinci - həlledici setdə Türkiyə qələbə qazanıb - 15:10
Beləliklə, "ay-ulduzlular" B qrupunu 9 xalla üçüncü sırada bitirib və 1/4 final mərhələsində A qrupunda ikinci yerin sahibi ilə üz-üzə gələcək. 4-cü olan Rusiya isə növbəti raundda A qrupunun lideri ilə görüşəcək.