Qadın voleybolçular arasında keçirilən Azərbaycan Super Liqasında I dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib.
Sportnet.az xəbər verir ki, ölkə çempionatının növbəti matçları yanvarın 14-də təşkil olunacaq.
Günün ilk qarşılaşmasında “Azərreyl”lə “Abşeron” üz-üzə gələcək, oyun saat 16:00-da start götürək.
Bu matçdan 2 saat sonra UNEC – “Murov” görüşü başlayacaq. Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının İdman zalında təşkil olunacaq.