
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrənin növbəti oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, VIII turda keçirilən matçlarda “Sərhədçi” “Neftçi” ilə, MOİK-“Ekspress” lə qarşılaşıb.
Hər iki matçda 3:0 hesabı qeydə alınıb.
“Sərhədçi” - “Neftçi” 0:3 (19:25, 11:25, 23:25)
MOİK - “Ekspress” 3:0 (25:12, 25:21, 25:19)
“Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutan çempionatın VIII turundan sonra “Neftçi”nin 16, MOİK-in 15, “Murov”un 14, “Ekspress”in isə 3 xalı olduğu halda,“Sərhədçi” komandası isə xalsızdır.