Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Zaur Hacıyev növbəti təyinat alıb.
Federasiyanın Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, o, 21 - 24 apreldə Türkiyənin Bursa şəhərində keçiriləcək 17 yaşadək qızlar arasında Avropa çempionatının A qrupunun oyunlarını idarə edən referilərdən biri olacaq.
Hacıyevlə yanaşı, yunanıstanlı Nikolas Angelidis, litvalı Audrius Qarqasas və serbiyalı Svetlana Zotoviç bu qrupda ədaləti qoruyacaq.
Qeyd edək ki, A qrupunda Türkiyə, Albaniya, Macarıstan və Ukraya voleybolçuları çıxış edəcək.