V İslam Həmrəylik Oyunlarında Azərbaycanın kişi həndbol millisinin rəqibi olan Türkiyənin heyəti bəlli olub.
Sportnet.az xəbər verir ki, Türkiyə millisi baş məşqçi Okan Halayın rəhbərliyi altında 23 nəfərlik heyətlə Ankaradakı Həndbol Federasiyasının idman kompleksində məşq keçir.
Qapıçı: Coşkun Göktəpə, Enis Yatkın, Hüseyin Bərəkət
Sol cinah oyunçusu: Samet Kamberoğlu, Enis Harun Hacıoğlu
Sol oyun qurucusu: Baran Nalbantoğlu, Gənco İlanç, Fatih Çalkamış, Ali Əmrə Babacan, Sedat Yıldırım
Orta oyun qurucusu: Gökay Bilim, Atakan Şirin, Eray Karakoç, Tolqa Aşçı
Sağ oyun qurucusu: Doğukan Sarısoy, Ömür Pəhlivan, Durmuş Ali Tınkır, Cemal Kütahya
Sağ cinah oyunçusu: Doğukan Kəsər, Şevkət Yağmuroğlu
Pivot: Əmrə Engin, Alpər Aydın, İlkan Kələşoğlu
Qeyd edək ki, Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarında həndbol yarışları 7 avqustda başlayacaq. 13 avqustda yarımfinallar, bundan bir gün sonra isə final və üçüncü yer uğrunda görüş keçiriləcək. Azərbaycanın kişi həndbol millisi B qrupunda Türkiyə və İranla mübarizə aparacaq. A qrupunda isə Səudiyyə Ərəbistanı, Qətər və Mərakeş yarışacaq.