Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarında kişi həndbolçulardan ibarət Azərbaycan millisinin rəqibi Türkiyənin heyətində dəyişiklik olunub.
Sportnet.az xəbər verir ki, Ankaradakı ilk təlim-məşq toplanışında iştirak edən "23-lük"dən 4 həndbolçu heyətdən çıxarılıb.
Bunlar qapıçı Coşkun Göktəpə, sol oyun qurucuları Gənco İlanç, Fatih Çalkamış və sağ oyun qurucusu Ömür Pəhlivandır.
Digər 19 həndbolçu 29-31 iyul tarixlərində Ankarada baş tutacaq ikinci təlim-məşq toplanışında iştirak edəcək. Bundan sonra yekun heyət bəlli olacaq.