
Basketbolun 3x3 növü üzrə Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət yığma C qrupunun ikinci tur maçtında Türkiyəni 21:12 hesabı ilə üstələyib.
Qeyd edək ki, komanda qrupdakı növbəti oyunlarını avqustun 15-də Mərakeş və Qabona qarşı keçirəcək.
------------------------------------------
Basketbolun 3x3 növü üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizəyə start verib.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma C qrupunun ilk tur matçında Mali seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan yığmasının 18:15 hesablı qələbəsi ilə yekunlaşıb.
Komanda bu gün Bakı vaxtı ilə saat 22:00-da Türkiyə ilə görüşəcək.