
Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirində bu gün növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Nasser Saliminin baş məşqçi olduğu kollektiv ikinci sınağında Böyük Britaniya seçməsi ilə üz-üzə gələcək. Bakı İdman Sarayındakı qarşılaşma saat 17:00-da başlayacaq.
Digər matçda isə Malta və Kipr yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə Maltaya 34:25 hesabı ilə qalib gəlib, Böyük Britaniya isə Kiprlə heç-heçə edib - 25:25.