Azərbaycan Voleybol Federasiyasının (AVF) baş koordinatoru Zöhrab Gözəlbəyli Avropa Voleybol Konfederasiyasından yeni ntəyinat alıb.
AVF-dən Sportnet.az-a verilən məlumata görə, o, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/4 final matçının supervayzeri təyin edilib.
Federasiya rəsmisi yanvarın 26-da Buxarestdə Rumıniyanın "Styaua" və Yunanıstanın "Olimpiakos" komandaları arasındakı qarşılaşmada hakimlərin işinə qiymət verəcək.
Qeyd edək ki, görüşün ədalət təmsilçiləri niderlandlı Mark Yan Vinstra və italiyalı Mitsele Brunelli olacaq.