28-31 mart tarixlərində Azərbaycan Basketbol Liqasında (ABL) müntəzəm mövsümün sonuncu, 20-ci turunun oyunları baş tutub.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "A" və "B" qruplarında keçirilmiş oyunlarda aşağıdakı hesablar qeydə alınıb.
A qrupu
"Şəki" - "Gəncə" (73:84)
"Neftçi" - NTD (93:83)
"Sabah" - "Abşeron Lions" (105:72)
B qrupu
"Quba" - "Naxçıvan" (96:103)
"Sərhədçi" - "Sumqayıt" (93:89)
"Ordu" - "Lənkəran" (107:65)
Qeyd edək ki, reqlamentə əsasən müntəzəm çempionatı "A" qrupunda ilk üç sırada bitirmiş "Sabah", "Abşeron Lions", "Neftçi" klubları və "B" qrupunun birincisi "Ordu" klubu birbaşa olaraq play-off'a (1/4 final) vəsiqəni təmin ediblər. 1/8 final mərhələsində isə, "Naxçıvan" - "Sərhədçi", "Gəncə" - "Lənkəran", "Quba" - "Şəki", "Sumqayıt" - NTD oyunları baş tutacaq. 1/8 final seriyalarında ən tez iki qələbə qazanmış komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Oyunlara üç apreldə start veriləcək.









































































