Bu gün Milli qəhrəman Yuri Kovalyovun adını daşıyan 229 saylı orta məktəbdə görüş olub. Sportnet.az-ın "Neftçi" klubunun rəsmi saytına istinadən məlumatına görə, "Qarabağ” ilə oyun ərəfəsində baş tutmuş tədbirdə Milli qəhrəman Yuri Kovalyovun qardaşı – əvəzedici komandamızın qapıçılarla işləyən məşqçisi Vitali Kovalyov, "Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədov, futbolçular Aqil Məmmədov, Kaue da Silva, eləcə də klubun digər rəsmi şəxsləri iştirak ediblər.
Görüşdə məktəblilərə azarkeş formaları və şərflər hədiyyə olunub.
| 1 | Sabah | 29 | 72 |
| 2 | Qarabağ | 29 | 59 |
| 3 | Turan-Tovuz | 29 | 56 |
| 4 | Neftçi | 29 | 47 |
| 5 | Zirə | 29 | 46 |
| 6 | Araz-Naxçıvan | 29 | 40 |
| 7 | Sumqayıt | 29 | 38 |
| 8 | Şamaxı | 29 | 35 |
| 9 | İmişli | 29 | 29 |
| 10 | Kəpəz | 29 | 21 |
| 11 | Qəbələ | 29 | 20 |
| 12 | Karvan-Yevlax | 29 | 14 |












































































