
Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti Firdovsi Umudov ilk yarış günündə yarımfinala vəsiqə qazanmış güləşçilərimizlə görüşüb.
Sportnet.az-ın məlumatına görə, o, idmançılara yarımfinal görüşündə uğurlar arzulayıb.
Qeyd edək ki, 55 kq çəkidə mübarizə aparan Eldəniz Əzizli Rusiya təmsilçisi Vasili Topoevi 9:7 məğlub edərək finala yüksəlib. Elvin Mürsəliyev və İslam İbbasov da yarımfinal görüşlərini keçirəcək.