"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl" İngiltərə Premyer Liqasında XXVII tur matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, "sağsağanlar" "Mançester Siti" ilə səfərdə üz-üzə gəlib.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Qolların hamısı ilk yarıda vurulub. Yerli komandadan 14-cü və 27-ci dəqiqələrdə Niko O`Rayli, qonaqlardan isə 22-ci dəqiqədə Lüis Holl fərqlənib.
Bununla da xalını 56-ya çatdıran "Mançester Siti" lider "Arsenal"la xal fərqini 2-yə endirib. "Nyukasl" isə hələlik 36 xalla 10-cudur.
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" matçı fevralın 24-də "Sent Ceyms Park"da keçiriləcək. Bakıdakı ilk görüşdə rəqib komanda qalib gəlib - 6:1.












































































