"Çox yaxşı oyun alındı. Son dəqiqələrdə fərqlənsək belə, komandadan razı qaldım. Rəqibə daha çox təzyiq edirdik. Çox qol epizodu yaratdıq. 2-3 qol vuraraq qələbə qazana bilərdik. "Kəpəz" də bizə hücumlar edirdi. Biz bu günü unutmalıyıq. Sabahdan məşqlərimizə başlayıb növbəti oyun haqda düşünməliyik".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah" komandasının baş məşqçisi Valdas Dambrauskas evdə "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib.
Litvalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Son 2 oyunda çətinliklə qələbə qazanırsınız. Bunu "Qarabağ"la matçöncəsi həyəcan siqnalı kimi qələmə vermək olar?
- Ola bilər bizim üçün həyəcan siqnalıdır.Amma neynəmək olar. Daha çox mübarizə aparmalıyıq və əlimizdən gələni etməliyik.
- "Qarabağ"la matç Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Orada sizə çətin olacağını düşünürsüzmü?
- Biz istərdik ki, daha çox azarkeşlərimizi görək meydanda. Sanki biz qol vurduqca, qələbə qazandıqca, azarkeşlərimiz daha da azalır. Bəlkə də hava şəraitinə görədir, bilmirəm. Qarşıdakı oyunda istərdim ki, stadion tam dolsun.












































































