
"Qəbələ" klubunun sabiq baş məşqçisi cəzalanıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının İntizam Komitəsi qərar çıxarıb.
Səbəb kimi hazırda Moskva "Lokomotiv"inə rəhbərlik edən təcrübəli mütəxəssisin "OİK-Xabarovsk" ilə Rusiya Premyer Liqasının XVIII tur matçında texniki zonanın hüdudlarından kənara çıxması göstərilib.
Qərara əsasən, Syomin 30 min rubl cərimələnib və 1 oyunluq şərti diskvalifikasiyaya məruz qalıb. Eyni hal yenidən təkrarlansa, diskvalifikasiya qüvvəyə minəcək.