Azərbaycanlı hakimlər futbol üzrə 2026-cı il dünya çempionatının oyunlarını idarə etməyəcəklər.
Sportnet.az-ın məlumatına görə, FIFA-nın bütün qitələr üzrə açıqladığı namizədlər siyahısında AFFA-nın ədalət təmsilçilərinə yer verilməyib.
Namizəd hakimlər üçün mundial öncəsi seminar təşkil olunacaq. Avropa ölkələrindən olan ədalət təmsilçiləri 2 - 6 martda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində bir araya gəlməli idilər. Lakin Yaxın Şərqdəki məlum hadisələrlə əlaqədar seminar Dubayda yox, 24 - 27 mart və 30 mart - 2 apreldə İtaliyada gerçəkləşəcək.
Seminarda Avropa qitəsindən 16 baş hakim, 20 VAR hakimi iştirak edəcək.
Qeyd edək ki, dünya çempionatı 11 iyun - 19 iyulda ABŞ, Kanada və Meksikada keçiriləcək.












































































