"Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov səfərdə "Araz-Naxçıvan"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, 49 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
- Düşünürdük ki, ən azından məğlub olmarıq. Qələbə qazanmaq istəyirdik. Oyuna çox ciddi hazırlaşmışdıq. Birinci hissədə iki səhv etdik. Bundan sonra geridönüş etmək çətin oldu. İkinci yarıda daha aqressiv oynadıq. Bir qol vurduq. İkinci qolu vurmaq üçün epizodlarımız olsa da, dəyərləndirə bilmədik. Qarşıdakı oyunlara hazırlaşacağıq.
- İkinci qolu vurmaq üçün nə çatmadı?
- "Araz-Naxçıvan" kimi komandaya 2-3 qol vurmaq çətindir. İkinci hissədə irəlidə oynadıq. Bir qol vurduq. Bundan başqa da epizodlarımız oldu. Bəzi epizodlarda səhv qərarlar ikinci qolu vurmağa mane oldu.
- Kayl Spensin əvəzlənməsinin səbəbi nədir?
- Onda bir az yorğunluq hiss etdim.














































































