AFFA İntizam Komitəsi Azərbaycan II Liqasında XVII turun “Şəmkir” – “Xankəndi” matçı ilə bağlı qərar çıxarıb.
Sportnet.az-ın məlumatına görə, "Şəmkir"ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Buna klubun qarşılaşmadan əvvəl Əsasnamənin tələblərini pozaraq oyuna çıxacağı forma haqqında məlumat verməməsi, AFFA nümayəndəsi və Peşəkar Futbol Liqasının (PFL) tələblərinə məhəl qoymaması, müxtəlif bəhanələrlə matçın keçirilməsindən imtina etməsi və PFL tərəfindən təyin edilmiş, nümayəndə və hakimlər tərəfindən bildirilmiş oyun vaxtında meydançaya çıxmaması səbəb göstərilib.











































































