Formula 1 rəhbərliyi Çin Qran-prisi zamanı Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələlərinin ləğv olunduğunu elan etməyə hazırlaşır.
Sportnet.az Crash.net portalına istinadən xəbər verir ki, Fars körfəzi regionunda vəziyyət gərginləşdiyi üçün yarışların taleyi sual altında qalıb.
Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı birgə zərbələrindən sonra bölgədə hərbi əməliyyatlar başlayıb və bundan sonra təhlükəsizlik məsələsi gündəmə gəlib.
Mənbənin məlumatına görə, Beynəlxalq Avtomobil Federasiyası (FIA) və “Formula 1” rəhbərliyi vəziyyəti yaxından izləyir və Bəhreyn, həmçinin Ciddədə yarışların təşkilatçıları və yerli hakimiyyət orqanları ilə daimi əlaqə saxlayır.
Xüsusilə Səudiyyə Ərəbistanının promouterləri mümkün olduğu halda yarışı öz ölkələrində keçirməkdə maraqlıdır.
Xatırladaq ki, Formula 1 təqviminə əsasən, Bəhreyn Qran-prisinin 10–12 apreldə, Səudiyyə Ərəbistanı Qran-prisinin isə 17–19 apreldə keçirilməsi planlaşdırılıb.
















































































