
İspaniya "Barselona"sının futbolçusu Xavi mövsümün sonunda ABŞ-a yollanacaq. "Cadena Ser"ə istinadən məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi "Nyu-York Siti"yə keçəcək. 
Artıq onun amerikalılarla görüşdüyü və keçidə razılıq verdiyi bildirilir. 
Qeyd edək ki, Xavi "Barselona"nın yetirməsidir. O, 1998-ci ildən əsas komandada çıxış edir. 









                 





    
    
    
    
    
    
    
    
    






















































