
Qəbələ-Xankəndi ultramarafonunda dördüncü mərhələnin qalibi müəyyənləşib.
Teleqraf xəbər verir ki, Ağdam-Xankəndi marşrutu üzrə 28 kilometr məsəfədə finişə türkiyəli Ömər Alkanoğlu birinci çatıb.
İkinci yeri Türkiyə təmsilçisi Üzeyir Söylemez, üçüncü yeri isə gürcüstanlı Giorgi Lomidze tutub.
Xanımlar arasında birinci yeri türkiyəli Hasibe Deniz, ikinci yer ukraynalı
Oleyna Şevçenko, üçüncü yeri isə azərbaycanlı iştirakçı Leyla Abdinova tutub.
Beləliklə, Üzeyir Söylemez və Oleyna Şevçenko 192 km məsafəni əhatə edənümumi yarışın qalibi olduğundan dörd min manat mükafata layiq görülüblər.
Xatırladaq ki, 3 gün əvvəl Qəbələ şəhərindən start götürən ultramarafona 23-ü qadın olmaqla 81 atlet qatılıb. Yarış iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri yer alıblar.
Qeyd edək ki, ultramarafon Qəbələ-Ağdaş (55 kilometr), Ağdaş-Bərdə (65 kilometr), Bərdə-Ağdam (44 kilometr) və Ağdam-Xankəndi (28 kilometr) mərhələlərindən ibarət olub.