
Rusiya Prezidenti Vladimir Putin mütəmadi olaraq xokkey oynamağa davam edir.
Sportnet.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov VGTRK-nin jurnalisti Pavel Zarubinə açıqlamasında deyib.
“O oynayır, müntəzəm şəkildə xokkey oynayır. Mənim bu barədə bildiyim yeganə məlumat budur,” – Peskov bildirib.
Qeyd edək ki, Vladimir Putin cüdo və sambo üzrə idman ustasıdır, xokkeyə isə gənc yaşlarında maraq göstərməyə başlayıb. 2011-ci ildə onun təşəbbüsü ilə Rusiyada “Gecə Xokkey Liqası” yaradılıb.
Putin bu liqanın oyunlarında dəfələrlə iştirak edib. Liqanın əsas məqsədi ölkədə kütləvi xokkeyin inkişafı, müxtəlif yaş qruplarını əhatə edən ölkə üzrə həvəskar turnirlərin təşkili və bu idman növünü əhali arasında əlçatan etməkdir.