
“Sabah” Futbol Klubunun U-13 və U-15 komandaları Türkiyənin Antalya şəhərində keçiriləcək “Junior World Cup” beynəlxalq turnirində iştirak edəcəklər.
Sportnet.az Bakı təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, U-13 “Mançester Siti” (İngiltərə), “Konyaspor” və “Hatay Altın Gençlik” (hər ikisi Türkiyə) ilə eyni qrupda mübarizə aparacaq.
U-15 isə İspaniyanın “Rayo Valyekano”, Türkiyənin “Konyaaltı” və “Manisa” komandaları ilə bir qrupda yer alıb.
U-13 ilk oyununu “Mançester Siti”yə, U-15 isə “Rayo Valyekano”ya qarşı keçirəcək.
Matçlar sabah səhər saatlarında baş tutacaq.